Azərbaycanda xizək alpinizmi üzrə Avropa çempionatı keçirilə bilər

post-img

Azərbaycanda xizək alpinizmi üzrə Avropa çempionatı keçirilə bilər.

Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova jurnalistlərə açıqlamasında deyib.

O, bununla bağlı Beynəlxalq Xizək Alpinizmi Federasiyasına müraciət edildiyini bildirib.

Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq Xizək Alpinizmi Federasiyasının 17-ci Plenar Assambleyası barədə də danışan G.Bədəlova ölkəmizin bu cür tədbirə ev sahibliyi etməsinin əhəmiyyətli olduğunu bildirib: “Beynəlxalq Xizək Alpinizmi Federasiyasına üzv olduqdan sonra ölkəmizdə bu idman növü üzrə beynəlxalq yarışlar keçirilməyə başladı. Hətta bununla bağlı seriya turniri də təşkil edilmişdi. Gələcək planlarımız böyükdür. Gələn ilin yanvar ayında “Şahdağ” Turizm Mərkəzində keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokunun ən yüksək səviyyədə təşkili ilə bağlı müvafiq işlər aparırıq. Bu idman növünü ölkədə inkişaf etdirmək istəyirik".

Qeyd edək ki, Bakıda keçirilən Beynəlxalq Xizək Alpinizmi Federasiyasının 17-ci Plenar Assambleyasında 24 ölkədən 60-a yaxın nümayəndə iştirak edir.

İdman