“Payız turniri”nin qalibləri

post-img

AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitmə məhdudiyyətli əlillər arasında futzal üzrə ənənəvi “Payız turniri” keçirilib.

Bakı İdman Sarayında təşkil edilən yarışda “Azəri” komandası 1-ci yeri tutub.

“Ümid” 2-ci, “Bakı” isə 3-cü pillələrdə qərarlaşıblar.

Turnirin nəticələrinə görə, Elvin Şeydəbəyov (“Azəri”) 11 qolla yarışın ən məhsuldar oyunçusu olub. Onun komanda yoldaşı Yusif Əzimzadə ən yaxşı qapıçı seçilib. Turnirin ən yaxşı futbolçusu adına isə Amil Sadıqov (“Ümid”) layiq görülüb.

L.QURBANOVA
XQ

İdman