U-21 millimiz Şimali İrlandiyaya uduzub

post-img

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələ matçında məğlub olub.

Samir Əliyevin baş məşqçisi olduğu yığma Şimali İrlandiyanın qonağı olub.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 0:5.

Qeyd edək ki, 9 görüşdə 10 xal toplayan Şimali İrlandiya 4-cü, 3 xala malik Azərbaycanın U-21 yığması isə sonuncu – 6-cı pillədə qərarlaşıb.

L.QURBANOVA
XQ

 

İdman