Kamandan oxatanlarımız bürünc medal qazanıblar

post-img

Azərbaycanın kamandan oxatanları Tacikistanda keçirilən Prezident Kubokunda fərqləniblər. 

Beynəlxalq turnirdə Fatimə Hüseynli və Məhəmmədəli Əliyev komanda yarışında bürünc medala yiyələniblər. Təmsilçilərimiz Rusiya, İran, Sudan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğısıstan da daxil olmaqla, ümumilikdə, 15 ölkə idmançıları ilə mübarizə aparıblar.

Leyla QURBANOVA
XQ

İdman