Qol güləşi üzrə Dünya çempionatında 18 medal

post-img

Azərbaycan idmançıları Yunanıstan Loutraki şəhərində keçirilən qol güləşi üzrə dünya çempionatında 18 medal qazanıblar.

Bunlardan 8-i qızıl, 8-i gümüş, 2-si bürünc mükafatdır.

Azər Məhərrəmov (master, +105 kq), Rəşad Quluzadə (U-21, 78 kq), İsmayıl Mustafayev (U-21, 70 kq), Rəşad Quluzadə (senior, 78 kq, sağ qol), Toğrul Şahlarlı (senior, 78 kq, sağ qol), İsmayıl Mustafayev (senior, 70 kq, sağ qol), Nicat Müzəffərov (U-18, 63 kq, sağ qol), İsmayıl Mustafayev (senior, 70 kq, sağ qol) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Nicat Müzəffərov (63 kq, U-18), Elvin Salehli (senior, 57 kq, sol qol), Əli Məmmədov (senior, 63 kq, sağ qol), İsmayıl Mustafayev (senior, 70 kq, sağ qol), Ramazan Rüstəmov (senior, 86 kq, sağ qol), Əli Məmmədov (senior, 63 kq, sağ qol), Təbriz Səfərov (senior, 78 kq, sağ qol), Azər Məhərrəmov (master, +105 kq, sağ qol) gümüş, Təbriz Səfərov (senior, 86 kq, sağ qol) və Rəşad Quluzadə (senior, 78 kq, U-21, sol qol) isə bürünc medala sahib çıxıblar.

Leyla QURBANOVA
XQ

İdman