Azərbaycanın güclü şahmatçıları bəlli olub

post-img

Respublika Şahmat Mərkəzində təşkil edilən şahmatın rapid və blits növləri üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatının mükafatçıları məlum olub.

Kişilərin yarışında rapid və blits turnirinin yekunlarına əsasən 14 xal toplayan Eltac Səfərli çempion olub. Vüqar Rəsulov 2-ci, Məhəmməd Muradlı isə 3-cü yerləri tutublar.

Qadın şahmatçıların yarışında isə 12,5 xal toplayan Gülnar Məmmədova qızıl medala yiyələnib. Eyni xala malik Zeynəb Məmmədyarova əlavə göstəricilərə görə 2-ci olub. Milli üzvü Xanım Balacayeva 12 xalla bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu 8 min manat təşkil edib. Qalib və mükafatçılar dünya çempionatında iştirak hüququ əldə ediblər. 

Leyla QURBANOVA 
XQ

İdman