Futbol millimizi 2 oyun gözləyir

post-img

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Estoniya və Slovakiya ilə oyunlar üçün hazırlıq planı və səfər proqramı bəlli olub.

Milli komanda oktyabrın 7-də toplaşacaq və ayın 8–9-da Neftçi Futbol Mərkəzində məşq keçəcək. Yığma oktyabrın 9-da Estoniyanın paytaxtı Tallinnə yollanacaq. Baş məşqçi Fernandu Santuş komandanı oktyabrın 10-da “Lilleküla” stadionunda Estoniya seçməsi ilə oyunöncəsi son məşqə çıxaracaq.

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də səfərdə Estoniya yığması ilə, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.

L.AZAD 
XQ

İdman