Dünya birinciliyində bürünc medal

post-img

Cənubi Koreyanın Çunçeon şəhərində gənc taekvondoçular arasında dünya birinciliyi davam edir.

Azərbaycan taekvondoçusu Vasif Səlimov çempionatın mükafatçıları sırasına düşüb. 63 kq çəki dərəcəsində çıxış edən idmançımız Qırğızıstan, Vyetnam, Çin Taypeyi və Tailanddan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında bolqarıstanlı idmançıya uduzan Vasif 3-cü yeri tutub və bürünc medal qazanıb.

Qeyd edək ki, bu gün start götürən mundial oktyabrın 6-dək davam edəcək.

Leyla QURBANOVA
XQ

İdman