Gimnastlarımız 4 medal qazanıblar

post-img

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə “Dobrovolski” kubokunda Azərbaycan təmsilçiləri 4 medal qazanıblar.

Tamblinq proqramında Mixail Malkin bütün rəqiblərini üstələyib. Adil Hacızadə və Aleksey Karataşov isə gümüş medala sahib olublar.
Batut gimnastikasında sinxron proqram üzrə Ammar Baxşalıyev - Əli Niftalıyev cütlüyü bürünc medal əldə edib.

Leyla QURBANOVA
XQ

İdman