Şahmat Olimpiadasında növbəti qələbəmiz

post-img

Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

Yığma II turda Avstraliyanı məğlub edib - 3:1.

Yuliya Rıjanova – Günay Məmmədzadə 0:1

Jilin Janq – Gövhər Beydullayeva 0,5:0,5

Tu Nquen – Xanım Balacayeva 0:1

Jiayan Şen – Gülnar Məmmədova 0,5:0,5

Qeyd edək ki, kişilərdən ibarət komandamız Finlandiyanı üstələyib - 3,5:0,5.

XQ

 

İdman