Şəhid jurnalistlərin xatirəsinə üçüncü ənənəvi futbol turniri keçiriləcək

post-img

18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü və 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalar arasında 3-cü ənənəvi futbol turniri təşkil olunacaq.

Turnir AFFA tərəfindən təsdiqlənmiş Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə Həvəskar Komandalardan ibarət Ənənəvi Minifutbol Turnirinin Əsasnaməsinə əsasən, Rakus.az saytının təşkilatçılığı, milli assosiasiya və Bakı Tennis Akademiyasının dəstəyi ilə sentyabrın 14-dən oktyabrın 18-dək keçiriləcək.

Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

İldə bir dəfə təşkil olunan turnirin iştirakçıları arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalist komandalar da olacaq. Komandalar özlərinin idman geyimləri və loqosu ilə təmsil olunacaq. Komandanın ad seçməsi sərbəstdir.

Turnirdə 8 və ya 10 komanda mübarizə aparacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına görə 1 və 2-ci yeri tutan komandalar yarımfinala yüksələcək. Hər qrupda 2-ci yeri tutan komandalar 3-cü yer uğrunda yarışacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penaltilər seriyası olacaq.

Bakı Tennis Akademiyasının stadionunda keçiriləcək oyunları AFFA-nın hakimləri idarə edəcək.

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” və başqa nominasiyalar üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. Komandaların heyətində yarış başa çatanadək heç bir dəyişiklik edilməyəcək. Oyunçuların yaş hədləri sərbəstdir. Lakin peşəkar futbolçuların iştirakı qadağandır.

Ənənəvi futbol turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTV, “Report” İnformasiya Agentliyi, Baku TV, “Rakus.az” və “Manşet.az” saytları verəcək.

Turnirin təqvimi

14 sentyabr

I tur

B qrupu

19:00

A qrupu

20:00

15 sentyabr

A qrupu

19:00

B qrupu

20:00

21 sentyabr

II tur

A qrupu

19:00

B qrupu

20:00

22 sentyabr

A qrupu

19:00

B qrupu

20:00

28 sentyabr

III tur

A qrupu

19:00

B qrupu

20:00

29 sentyabr

B qrupu

19:00

A qrupu

20:00

5 oktyabr

Yarımfinal

19:00 A1-B2

20:00 B1-A2

12 oktyabr

19:00 - III yer uğrunda görüş

FİNAL

20:00

Bağlanış və mükafatlandırma

İdman