İordaniyanın Əmman şəhərində keçirilən U-17 Dünya çempionatında yunan-Roma güləşi üzrə millimiz uğurla çıxış edib.
Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında Dünya çempionatında iştirak edən milli komandamız 2-si qızıl, 1-i bürünc olmaqla 3 medal əldə edib. Milli üzvlərindən Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Əmrah Əmrahov (48 kq) isə bürünc medal qazanıb.
Yekunda 105 xal toplayan Azərbaycan yığması komanda hesabında dünya 3-cüsü olub. İran (140) birinci, Özbəkistan (113) isə ikinci yeri tutublar.
L.AZAD
XQ