Azərbaycan bədii gimnastları Almatı şəhərində keçirilmiş "Alma Cup" beynəlxalq turnirində 3 qızıl medal qazanıblar. Yarışın reqlamentinə əsasən, çoxnövçülük proqramında çıxışlar iki alət üzrə qiymətləndirilib. Lent və gürzlər üzrə yerinə yetirilən çoxnövçülük proqramında gənclər arasında Fidan Qurbanlı (49.500 xal) qızıl mükafat alıb.
Yeniyetmələrdən Nur Sadıqova (halqa və top) və Alina Kolesnikova (gürzlər və lent) çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bundan başqa, zəriflik nümayişində yeniyetmələr arasında N.Sadıqova “Miss Grace” (“Zəriflik ilahəsi”) nominasiyasının qalibi olub.
PÜNHAN
XQ