“Barselona”nın 55-60 milyon avroluq transferi

post-img

“Barselona” heyətini gücləndirmək istəyir. Bu məqsədlə aparıcı futbolçularla maraqlanır. Onlardan biri də "Liverpul"un idman şərəfini qoruyan kolumbiyalı hücumçu Luis Diazdır. Hazırda bu istiqamətdə danışıqlar gedir. “Mundo Deportivo” nəşrinin məlumatına görə, "Barselona" Diaz üçün 55-60 milyon avro təklif edir. Eyni zamanda, kataloniyalılar "Liverpul"un 27 yaşlı futbolçusu üçün daha çox – 62 milyon avro istəyəcəyinə inanırlar.

Bundan əvvəl məlum olmuşdu ki, kataloniyalılar “Atletik”dən Niko Uilyamsla maraqlanırlar. Sonradan “Barselona” müəyyən səbəblərdən ona alternativ axtarmağa başlayıb. Mənbənin sözlərinə görə, kolumbiyalı Niko Uilyamsın əvəzinə əsas seçimdir.

PÜNHAN 
XQ

İdman