Məlum olduğu kimi, "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib. Matçın qəhrəmanı isə qapıçı Tiaqo Silva olub. O, penaltilər seriyasında 5 topdan 4-nü dəf edib. Qapıçı deyib: “Təhlillərə əsasən, ilk 3 penaltini hara vuracaqlarını bilirdim. Amma son ikisi öz hissiyyatımla bağlıdır”.
Tiaqo Silva pley-offda qarşılaşacaqları Kiprin “Omoniya” kollektivi haqqında da danışıb: "Biz heç kimdən çəkinmirik. Rəqibin kimliyindən asılı olmayaraq, bu kollektiv və komanda sonadək mübarizə aparacaq. İnanırıq ki, bunun nəticəsində də istədiyimizə nail olacağıq".
PÜNHAN
XQ