“Qarabağ” “Ludoqorets”i möhkəm silkələyib

post-img

Bolqarıstanın "Ludoqorets" klubu futbol üzrə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a böyük hesabla məğlub oldu. 2:7 hesablı məğlubiyyət isə klub rəhbərliyində ruh düşkünlüyü yaratdı. Onlar çıxış yolunu komandanın baş məşqçisi Georgi Dermenciyevi istefaya göndərməkdə tapdılar. Rəhbərlik bu qərarı oyundan cəmi bir neçə saat sonra verdi. 

Qeyd edək ki, Dermenciyev daha əvvəl bir neçə dəfə "Ludoqorets"də işləyib. Sonuncu dəfə o, 2023-cü ildə kluba qayıtmışdı. Dermenciyevi müvəqqəti olaraq ­“Ludoqorets”in ­əvəzedici komandasının məşqçisi Zaxari Sirakov əvəz edir.

P.ƏFƏNDİ 
XQ

 

İdman