Dünən “Zirə” UEFA Konfrans Liqasında növbəti oyununu keçirib. Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin cavab matçında Bakıda Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gəlib.
“Liv Bona Dea Arena”dakı matçın əsas vaxtında qalib müəyyənləşməyib – 2:2.
Oyunun 37-ci dəqiqəsində xorvatlardan Vedran Yuqoviç fərqlənib. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Qismət Alıyev tarazlığı bərpa edib. 81-ci dəqiqədə Anton Matkoviç xorvatları yenidən irəli çıxarıb – 2:1. Görüşün 90-cı dəqiqəsində isə Davit Volkov adını tabloya yazdırıb.
Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. On bir metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (2:1) "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib.
XQ