Azərbaycanın Paris Paralimpiadasında bayraqdarlarının adları məlum olub

post-img

Paris Paralimpiadasının bayraqdarları açıqlanıb. Bu barədə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov Milli Paralimpiya Komitəsinin “Paris-2024” Yay Paralimpiya Oyunları öncəsi keçirilən mətbuat konfransında məlumat verib. 

Paralimpiyaçılarımız Lamiyə Vəliyeva və İmaməddin Xəlilov “Paris-2024”ün açılışında Azərbaycan bayrağını daşıyacaqlar. 

Qeyd edək ki, Paris Paralimpiadası 28 avqust-8 sentyabr tarixlərində baş tutacaq.

Leyla QURBANOVA

XQ

İdman