İlk 5 qat Olimpiya çempionu

post-img

5 qat Olimpiya çempionu tituluna yiyələnən fransalı cüdoçu Teddi Rinerin adı olimpiadalar tarixinə düşüb.

Riner növbəti uğuruna dünən keçirilən komanda yarışlarında imza atıb. Onun çıxış etdiyi Fransa yığması Oyunların finalında Yaponiyaya 4:3 hesabı ilə qalib gəlib. İdmançı fərdi yarışlarda +100 kq çəki dərəcəsində də qızıl medal qazanıb. 

35 yaşlı fransalı London-2012, Rio-2016 və Tokio-2020 olimpiadalarında da qalib olub.

İdman