Aranda isti, dağlarda yağış və duman davam edir

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, avqustun 6-da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək.  Cənub-qərb küləyi əsəcək,  səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.  Gecə 21-26°, gündüz 33-38° isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu,  nisbi rütubət gecə 70-80 , gündüz 50-60  faiz  olacaq. Abşeron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq. Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 35-38°, bəzi yerlərdə 40°, dağlarda gecə 13-18°, gündüz 21-26° isti olacaq. 

Q. QASIMOV 
XQ

 

Ekologiya