Olimpiya çempionu niyə küçədə yatıb?

post-img

İtaliyalı üzgüçü Tomas Çekkon Parisdə Olimpiya kəndinin küçəsində yatarkən görüntülənib. İdmançı 2024-cü il Oyunlarının iştirakçılarının otaqlarında kondisioner olmadığına görə etiraz edib.

Əvvəllər Çekkon Olimpiya kəndindəki yaşayış şəraitindən şikayətlənərək, “Tokio-2020” Olimpiadasında təşkilatçılığın Fransa paytaxtından daha yüksək səviyyədə olduğunu söyləyib. 

Qeyd edək ki, Tomas Paris-2024-də 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl, eyni məsafəyə estafetdə bürünc medal qazanıb.

 

İdman