Paris-2024: Bu gün Azərbaycan komandası üç idman növündə mübarizə aparacaq

post-img

Fransanın Paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu gün Bu gün Azərbaycan komandası üç idman növündə mübarizə  aparacaq. Mübarizəyə ilk olaraq akademik avarçəkənimiz Diana Dımçenko başlayacaq. Təmsilçimiz C finalında 13-18-ci yerlər uğrunda mübarizə aparacaq. C finalı Bakı vaxtı ilə 11:30-da başlayacaq.

Bu gün həmçinin Məryəm Şeyxəlizadəxangah da Paris-2024-də ilk mübarizəsinə start verəcək. İdmançımız 50 metr məsafəyə sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə mübarizə aparacaq. Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qadınlardan ibarət 3x3 basketbol millimiz isə VII tur çərçivəsində Kanada ilə qarşılaşacaq. Oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

İdman