Hidayət Heydərov: “Los-Anceles-2028”də də uğurlu nəticə qazanmaq istəyirəm

post-img

Medal kolleksiyamı ta­mamladım. 4 il idi ki, bu yarışa hazırlaşırdım. Bun­dan sonra növbəti Oyunlara hazırlaşacağam. “Los-An­celes-2028” Yay Olimpiya Oyunlarında da uğurlu nəti­cə qazanmaq istəyirəm. Sosi­al şəbəkələrdə yazılan rəyləri oxudum. Çox xoşbəxt oldum. Məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. 

Həm Parisdə, həm də te­leviziya önündə yaxınlarım görüşümü izləyirdi. Biz hər zaman qalib gələcəyik. Çünki qalib xalqın övladlarıyıq. Yaşasın Vətənimiz! 

Rəqib ev sahibi olduğu üçün ona dəstək çox idi. Arena­dakılar qışqırdıqca, mən də ona qışqırırdım. Bir dəfə Fransa­nın Monpelye şəhərində Avropa çempionu olmuşam. Yenidən fransızlar Azərbaycan Himnini ayaq üstə dinləməli olacaqlar.

İdman