“Azərbaycan Olimpiya Evi”ndə tədbir

post-img

Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan Olimpiya Evi”ndə tədbir keçirilib. 

Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, Dünya Güləş Birliyinin prezidenti Ne­nad Laloviç, AOK-un baş katibi Rafael Paqnozzi çıxış edərək ölkəmizdə idmanın inkişafından, idmançılarımızın Olimpiya Oyunlarında əldə etdiyi uğurlardan danışıblar. 

Çıxışlardan sonra Rafael Paqnozzi Milli Olimpiya Komitə­sinin vitse-prezidenti Çingiz Hüseynzadəyə, gənclər və idman naziri Fərid Qayıbova və Azərbaycan MOK-nun baş katibi Azər Əliyevə xatirə hədiyyələri təqdim edib. 

Tədbirdə Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Hidayət Heydərov sürəkli alqışlarla qarşılanıb və xatirə şəkil­ləri çəkilib. 

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

İdman