“Paris-2024”: İştirakçıların səbri tükənir

post-img

Paris Yay Olimpiya Oyunları başlandığı gündən tarixin ən bərbad Olimpiadası statusuna iddia edir. 

Dördilliyin ən mühüm idman ha­disəsinin təşkilatçı­lığındakı nöqsanlar yarış iştirakçılarının səbrini tükəndir­məkdədir. Bu dəfə kişi həndbolçulardan ibarət Danimarka millisinin baş məşq­çisi Nikolay Yakobsen təşkilatçılığın bərbadlığından qəzəbini gizlədə bilməyib. Mütəxəssis artıq komandanın 2 dəfə Fransada azdığını, nəticədə, məşqə gecikdiklərini deyib. Yığma bir dəfə isə məskunlaşdıqları məkana gec çatıb. Baş məşqçi deyib: 

–Hamımız səhvə yol verə bilərik. Amma eyni yolu 3 dəfə gedəndə, deməli nə isə düz deyil. Bunu da bildirim ki, artıq səb­rimiz çox qalmayıb. 

Xatırladaq ki, Danimarka Olimpiadadakı ilk oyununda Fran­sanı 37:29 hesabı ilə məğlub edib.

İdman