Fransalılar Paris-2024 Yay Olimpiya Oyunlarında təşkilatçılıqdakı nöqsanlarla özlərini biabır etməkdə davam edirlər.
Belə ki, Cənubi Sudan və Puerto-Rikonun kişi basketbolçulardan ibarət yığmalarının matçından əvvəl qalmaqal yaşanıb. Görüşdən öncə Afrika təmsilçisinin himni əvəzinə başqa melodiya səsləndirilib. Bir müddət keçdikdən sonra Təşkilat Komitəsi səhvini düzəltsə də, azarkeşlər sərt narazılıq bildirblər. Çünki Olimpiadanın startından keçən qısa müddətdə xoşagəlməz hadisələr bir-birini əvəzləyir. Qurumun kommunikasiyalar üzrə direktoru Enn Deskam üzr istəyib. Qeyd edək ki, bu matçda sudanlılar 90:79 hesablı qələbə qazanıblar.