Azərbaycan cüdoçusu Hidayət Heydərov “Paris-2024” Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Tohar Bitbulla qarşılaşıb.
İsrailli rəqibinə ipponla qalib gələn H.Heydərov növbəti raunda vəsiqə qazanıb.