Samuxun sel basan kəndlərində təxirəsalınmaz tədbirlər görülür

post-img

         Ötən gün yağan güclü yağışlar Qabırrı çayının daşmasına səbəb olub və Samuxun sərhəd kəndlərinin, o cümlədən Salahlı və Kəsəmən kəndlərinin təsərrüfatlarına, həyətyanı sahələrinə ziyan dəyib. Rayon icra hakimiyyəti başçısının birinci müavini Tahir Qarayevlə telefon əlaqəsi saxladıq. T.Qarayev dedi ki, xoşbəxtlikdən evlərə su dolmayıb. Hazırda rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev, əlaqədar srtukturların rəhbərləri həmin kəndlərdəyik. Sərhəd kəndlərinə çəkilmiş yolun müəyyən hissəsini sel yuyub aparmışdır. Rayon rəhbərinin göstərişi ilə buraya təcili qum-çınqıl gətirilmiş və təmirçilər tezliklə yola asfalt salacaq, əvvəlki vəziyyətinə gətirəcəklər. 

         Qeyd edim ki, təsərrüfatların və həyətyanı sahələrin sudan təmizlənməsi üçün kifayət qədər texnika cəlb olunub. Kənd adamlarının da qoşulduğu işlər tezliklə yekunlaşdırılacaqdır.

 

               Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Samux rayonu.







Sosial həyat