Mağazadan və bank kartından oğurluq edilib

post-img

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 26-na keçən gecə Məhəmmədi qəsəbəsi ərazisində mağazaların birindən 660 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən N.Mənəfli və əvvəllər məhkum olunmuş M.Həsənov saxlanılıblar.

Məlumatı DİN mətbuat xidməti verib. 

Məlumata görə, Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından 95 manatını oğurlamaqda şübhəli bilinən T.Əzizov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır. 

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər