Olimpiadanın açılışının təşkilatçıları mərasimə görə üzr istəyiblər

post-img

2024-cü il Olimpiadasının açılış mərasiminin təşkilatçıları üzr istəyib

2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasiminin təşkilatçıları tədbirin bəzi məqamlarına görə üzr istəyiblər. Bu barədə Match TV xəbər verir.

“Heç bir dini qrupa qarşı hörmətsizlik etmək niyyəti yox idi. Biz birliyi və tolerantlığı qeyd etmək istəyirdik. Sorğunun nəticələrini nəzərə alaraq, bu məqsədə nail olunduğuna inanırıq. Əgər insanlar nədənsə inciyiblərsə, o zaman biz, əlbəttə ki, üzr istəyirik”, - Paris 2024 Oyunlarının ictimaiyyətlə əlaqələr üzrə direktoru Ann Deşam mətbuat konfransında deyib.

Olimpiadanın açılışı ciddi tənqid edilir. Xüsusən də mərasimin təşkilatçıları Leonardo da Vinçinin “Son şam yeməyi” tablosunun parodiyasına görə dindarlara hörmətsizlikdə ittiham olunurlar.

Olimpiya Oyunları iyulun 26-da başlayıb, yarışlar avqustun 11-dək davam edəcək. 

S.ELAY

XQ

İdman