“Olimpiadaya gedən yol çox çətin oldu”

post-img

"Mənim üçün Olimpiadaya gedən yol çox çətin və uzun oldu". Bunu qadın güləşi üzrə Azərbaycan yığmasının lideri Mariya Stadnik Dünya Güləş Birliyinə (UWW) müsahibəsində deyib. O, Fransa paytaxtında tarix yaza biləcəyinə ümid etdiyini bildirib: "Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün son şansım idi və şansımı reallaşdıra bildim. Ümid edirəm ki, Parisdə yeni tarix yazmağa davam edəcəyəm”.

Dünya Güləş Birliyinin yetkilisi Mariya Stadnikin 5-ci olimpiya medalını qazanmaq şansının olduğunu bildirib. Bu da güləş üzrə rekord nəticə olacaq: “Heç bir güləşçi 5 olimpiya medalı qazanmayıb. Mariya Stadnik öz olimpiya tarixini yaratmaq ərəfəsindədir. 

Xatırladaq ki, Stadnikin 2 gümüş və 2 bürünc medalı var. 

PÜNHAN 
XQ

 

İdman