Kamandan oxatanımız mübarizəyə başlayır

post-img

Bu gün Azərbaycanın ilk təmsilçisi Paris Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır. 

Kamandan oxatma üzrə idmançımız Yaylagül Ramazanova sıralama turuna 30-cu cütdə başlayacaq. Bu mərhələ Bakı vaxtı ilə saat 11:30-da start götürəcək. Təmsilçimiz B zolağından hədəfi nişan alacaq.

Sıralama turunda mübarizə aparacaq 64 oxatan 1/32 final cütlərini müəyyənləşdirəcək. 

Yaylagül Ramazanova 2024-cü ilin iyununda Antalya şəhərində Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib olub. O, Azərbaycan kamandan oxatma məktəbinin yetirməsi kimi olimpiadaya vəsiqə qazanan ilk idmançıdır. 

L.QURBANOVA 
XQ 

 

İdman