“Qarabağ” yeni mövsümdə ilk qələbəsini qazandı

post-img

Dünən Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.

Azərbaycan çempionu “Qarabağ” komandası da yeni mövsümdə ilk rəsmi matçına çıxıb.

Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin yeni mövsümündəki ilk sınağında Cəbəllüttariq çempionu “Linkoln”un qonağı olub. Oyun 2:0 hesabı ilə “Qarabağ”ım xeyrinə başa çatıb.

Xatırladaq ki, “Qarabağ” ÇL-in ötən mövsümündə də bu komanda ilə üz-üzə gəlmişdi.  Səfərdə “Linkoln” komandasına 2:1, evdə isə 4:0 hesabıyla qalib gələn Ağdam təmsilçisi mərhələ adlamışdı.

Bu komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək.

XQ

 

İdman