Avarçəkənlərimizin uğurlu çıxışı

post-img

Avstriyanın paytaxtı Vyanada akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq Vyana Reqatası keçirilib.

Sayca 120-ci dəfə təşkil olunan yarışda Azərbaycan avarçəkənləri uğurla çıxış ediblər. 

Komandamız turnirdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Böyüklər arasında akademik avarçəkmə üzrə yığma komandamızın lideri Bəhmən Nəsiri 2000 m məsafəyə yürüşdə qızıl medala sahib olub. Murad Sadıqov 3-cü yeri tutub. Eyni məsafədə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə finişi 2-ci yerdə keçib.

Gənclər arasında Nurlan Paşayev 1500 metr qızıl məsafədə A finalında 1-ci olub. Yeniyetmələr arasında bir nəfərlik qayıqda 1500 metr məsafəyə yürüşdə Azər İlyasov bürünc medal qazanıb.

Leyla QURBANOVA
XQ

İdman