Azərbaycan karateçisi Aysu Əliyeva Xorvatiyanın Poreç şəhərində keçirilən “Karate 1” Liqa yarışında bürünc medal qazanıb.
Azərbaycan Karate Federasiyasından (AKF) verilən məlumata görə, o, 21 yaşadək idmançıların mübarizəsində fərqlənib.
Qeyd edək ki, yarışda yığmaya AKF-nin baş katibi Qabil Sayadov və gənclərdən ibarət komandanın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.