27 tüfəng təhvil götürülüb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib.

Məlumata görə, iyunun 27-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 27 ədəd tüfəng təhvil götürülüb. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir. İyunun 27-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1patron darağı və 29 ədəd patron aşkar edilərək götürülüb. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat