Dünya reytinqi: “Zirə” və “Sabah” irəliləyib

post-img

Futbol klublarının dünya reytinqi açıqlanıb. 

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının cədvəlində dünyanın ən güclü 507 klubu arasında Azərbaycanın 4 təmsilçisi var. Klublarımız arasında ən yaxşı göstərici “Qarabağ” FK-ya məxsusdur. Ağdam klubu hazırda (183,75 xal) 53-cü sıradadır. “Neftçi” 59,25 xalla 403-cü pillədədir. Hər iki klub 5 pillə geriləyib. 15 pillə irəliləyən “Zirə” 62,25 xalla 369-cu, 17 pillə yüksələn “Sabah” 60,75 xalla 388-ci sırada yer alıblar.  

Dünya reytinqinə “Mançester Siti” (401 xal) başçılıq edir.

L.QURBANOVA
XQ

İdman