Basketbolçularımız Avropa Kubokunda

post-img

Azərbaycanın həm kişilərdən, həm də qadınlardan ibarət 3x3 basketbol milliləri Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan Avropa Kubokunun təsnifat mərhələsində uğurla çıxış ediblər. 

Final uğrunda yarışda hər iki yığma Kipr seçmələri ilə mübarizədən qalib ayrılıblar. Bununla da, basketbolçularımız Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, avqustun 22-25-də Avropanın ən güclü 3x3 basketbol yığmaları Avstriyanın paytaxtı Vyana şəhərində təşkil olunacaq Avropa Kubokunun oyunlarında iştirak edəcəklər. 

L.QURBANOVA
XQ

İdman