Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxacaq.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv bu gün 1/4 finalda son dünya çempionatının finalçısı Qazaxıstan seçməsi ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk 4 turda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edən millimiz 1/8 finalda Bolqarıstana 3:1 hesabla qalib gəlib.
L.QURBANOVA
XQ