Dünya çempionatı: Şahmatçımız liderdir

post-img

Hindistanın Qandinaqar şəhərində şahmat üzrə gənclər arasında dünya çempionatında təmsilçilərimizin çıxışı davam edir. 

Turnirin 4-cü turunda komandamızın üzvləri Nərmin Abdinova qazaxıstanlı Liya Kurmanqaliyevanı, Səbinə Rzalı isə hindistanlı Şanmati Srini məğlub edib. Ayan Allahverdiyeva isə ermənistanlı Məryəm Mkrtçyan ilə heç-heçə edib.

Aktivində 4 xal olan N.Abdinova liderliyə yüksəlib. A.Allahverdiyeva 3,5 xalla 2-10-cu yerləri bölüşdürür. S.Rzalının aktivində isə 2,5 xal var. 

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən trnir 11 turdan ibarətdir. 

L.QURBANOVA
XQ

İdman