İyunun 5-də Rusiyanın ən böyük beynəlxalq iqtisadi forumunun işə başladığı Sankt-Peterburqda Prezident Vladimir Putin tədbirin ikinci günündə dünya xəbər agentliklərinin rəhbərləri ilə ənənəvi görüş keçirib. Görüşdə 15 beynəlxalq agentliyin rəhbərləri iştirak edib. Onların arasında dost olmayan ölkələrin media nümayəndələri də olub. Görüş axşam saat 20:00-dan sonra başlayıb və gecə yarısına yaxın başa çatıb.
Məlumatı “İzvestiya.ru” verib.
Putin görüşdə bildirib ki, Moskva Qərb ölkələrinin iştirakı ilə Rusiya ərazisinə vurulan zərbələri onların Rusiya Federasiyasına qarşı müharibədə birbaşa iştirakı kimi qəbul edəcək.
Onun sözlərinə görə, ABŞ silah tədarükünü dayandırsa, Ukraynada münaqişə bir neçə aya bitəcək: “Ukraynada döyüşləri dayandırmaq istəyirsinizsə, silah tədarükünü dayandırın və müharibə iki, maksimum üç ay ərzində dayandırılacaq”.
Bundan əlavə, Putin bildirib ki, Kiyevin xüsusi hərbi əməliyyat zonasında canlı qüvvə itkiləri Rusiyanın itkilərindən beş dəfə çoxdur.
Putin deyib ki, Rusiya Federasiyası ABŞ-də keçirilən prezident seçkilərindən sonra da Vaşinqtonun Moskvaya ilə bağlı siyasətində hər hansı dəyişiklik gözləmir.
P.ƏMİRCANOV
XQ