Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin 49.700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən E.Hüseynov saxlanılıb. Məlumatı DİN mətbuat xidməti verib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində bir nəfərin mobil telefonunu, bir nəfərin isə 165 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Y.Səfiyev, bir nəfərin 30, bir nəfərin 20 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən R.Əmrahov, bir nəfəri aldadıb hesabına 20 manat pul ödətdirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş O.Ağayeva saxlanılıb.
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfəri aldadaraq hesabına 450 manat pul ödətdirməkdə şübhəli bilinən R.Əliyev, bir nəfərin isə 80 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən A.Məmmədov saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ