Futbol üzrə qadın millimizdən qələbə

post-img

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunda “Liv Bona Dea Arena”da Türkiyə yığmasını qəbul edib. Qarşılaşma millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu Nigar Mirzəliyeva vurub. 

Xatırladaq ki, mayın 31-də səfərdə baş tutan ilk oyunda millimiz qardaş ölkəyə 0:1 hesabı ilə məğlub olmuşdu.

Qrup mərhələsinin ilk 4 turundan sonra Türkiyə yığması 6, Azərbaycan millisi isə 4 xala malikdir. 

L.QURBANOVA
XQ

İdman