Ölkəmizdə marşrutqurma kursları keçirilir

post-img

Ölkəmizdə idman dırmanması üzrə Azərbaycan Alpinizm Federasiyasının (AAF) təşkilatçılığı ilə marşrutqurma kurslarına start verilib. 

“Alp” Dırmanma Mərkəzində keçirilən kurslar AAF-ın dəvəti ilə ölkəmizə səfər edən marşrutqurma üzrə rusiyalı beynəlxalq dərəcəli mütəxəssis, idman ustası Arseniy Kupçikin rəhbərliyi altında keçirilir. Kursların keçirilməsində məqsəd idman dırmanmasının sürət, çətinlik və boulderinq növlərində relyeflərin quruıması, yerli mütəxəssislərə bu sahənin incəliklərinin və beynəlxalq təcrubənin öyrədilməsidir. Kurslar nəzəri və təcrübi hissəyə ayrılmaqla praktiki məşğələlər əsasında təşkil edilib. Kurslara mayın 25-də yekun vurulacaq.



İdman