Atletimiz dünya çempionatının finalında

post-img

Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında 400 metr məsafəyə qaçışda finala yüksəlib.

İdmançımız təsnifat mərhələsində 56.57 saniyə ilə finiş xəttinə çatıb.

Qeyd edək ki, bundan əvvəl paraatletimiz 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandamıza ilk qızıl medalı qazandırmışdı. Yığmamızın digər üzvləri Orxan Aslanov və Səid Nəcəfzadə uzunluğa tullanma üzrə yarışda eyni uğuru təkrarlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 

L.QURBANOVA 
XQ

İdman