Avropa çempionatı: 2 sərbəst güləşçimiz yarımfinalda

post-img

Bakıda keçirilən U-23 Avropa çempionatında Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala yüksəlib.

Komandamızın üzvlərindən Kənan Heybətov (70 kiloqram) və Ali Tsokayev (79 kiloqram) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Rəvan Musayev (90 kiloqram) 1/8, Elman Ağayev (57 kiloqram) və Musa Ağayev (65 kiloqram) isə 1/4 finalda məğlub olublar. Onların uduzduqları rəqiblər finala çıxsalar, Azərbaycan təmsilçiləri təsəlliverici qarşılaşmalarda iştirak hüququ əldə edəcəklər.

Bu gün, qadın güləşçilərdən Elnurə Məmmədova (53 kiloqram) və Jalə Əliyeva (57 kiloqram) qızıl, Mərziyyə Sadıqova (72 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaqlar. 

Qeyd edək ki, Avropa çempionatının ilk 4 günündə Azərbaycan komandası 9 medal qazanıb. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) qitə çempionu olublar. Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Ruzanna Məmmədova (59 kq) isə bürünc medala sahib olublar. 

L.QURBANOVA 
XQ

İdman