Azərbaycan daha bir para-atleti Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
T13 kateqoriyasında yarışan komandamızın üzvü Orxan Aslanov uzunluğa tullanma üzrə yarışda 7.18 metr nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Bu, O. Aslanovun ilk dünya çempionluğudur.
Qeyd edək ki, bu, Azərbaycan para-atletlərinin hazırkı dünya çempionatında 3-cü qızıl medalıdır. Bundan əvvəl Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda, Səid Nəcəfzadə uzunluğa tullanmada 1-ci yeri tutublar.
L.QURBANOVA
XQ