Fudokançılarımız Avropa arenasında fərqləniblər

post-img

Sloveniyanın Podcetrtek şəhərində fudokan üzrə XXVII Avropa çempionatı, uşaqlar arasında Avropa Kuboku yarışı keçirilib. 

Yarışda Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu olan fudokan üzrə komandası uğurlu nəticələr qazanıb. Uşaqların yarışında komandamızın üzvləri Mövlan Məmmədli qızıl, Mənsumə Məmmədli bürünc medal qazanıblar. Yeniyetmələr arasında Leyla Mahmudlu və Rəşidə Qafarlı 3-cü yeri tutublar. Gənclər arasında İsmayıl İbrahimli və Şəhriyar Behbudzadə də 3-cü nəticəni göstəriblər. Böyüklərin mübarizəsində isə Vahid Həsənov və Kamran Heydərzadə çempion adına layiq görülüblər. 

L.QURBANOVA 
XQ

İdman