Avropa çempionatı: 3 güləşçimiz yarımfinalda

post-img

Azərbaycanın paytaxtında 23 yaşadək güləşçilərin Avropa çempionatı start götürüb. 

Bakı İdman Sarayında keçirilən yarışda əvvəlcə yunan-Roma güləşçilərimiz mübarizəyə başlayıblar. Komandamızın üzvlərindən Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) yarımfinala yüksəliblər. Növbəti mərhələdə Rəşad Məmmədov gürcüstanlı Giorgi Toxadze, Ziya Babaşov israilli Abere Fetene, Xasay Həsənli isə Rumıniya təmsilçisi Aleksandrin Qutu ilə mübarizə aparacaq. 

Qeyd edək ki, yığmamız qitə birinciliyində yunan-Roma güləşində 10 idmançı ilə təmsil olunur. 

Avropa çempionatı mayın 26-da başa çatacaq. 

L.QURBANOVA 
XQ

İdman