“Elorda Cup”da 2 medal

post-img

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilmiş “Elorda Cup” beynəlxalq turnirində 2 medal qazanıblar. 

Yığmanın heyətində Murad Allahverdiyev (86 kq) finala kimi irəliləyib. Lakin həlledici görüşdə məğlub olan “Paris-2024” Yay Olimpiya Oyunlarının lisenziyaçısı gümüş medal qazanıb.

Digər olimpiyaçı Məhəmməd Abdullayev (+92 kq) də “Elorda Cup”da mükafatçılar sırasında yer alıb. O, turniri bürünc medalla başa vurub. 

L.QURBANOVA 
XQ

 

 

İdman